Nazarbayev Əliyevin təklifini qəbul etdi – Bakıya gəlir

 

14419813465120257835_1000x669Bu gün Qazaxıstanda səfirlərin etimadnamələrini prezident Nazarbayevə təqdimetmə mərasimi keçirilib. Azərbaycanın səfiri Rəşad Məmmədov, BMT-nin İnkişaf Proqramının Qazaxıstan təmsilçisi və BMT-nın əsl təmsilçisi Norimasa Shimamura, İsrailin səfiri Mikhail Brodski, Özbəkistanın səfiri İkrom Nazarov, Taylandın səfiri Nat Pinovattanchip təqdimat məktublarını Nursultan Nazarbayevə təqdim ediblər.

20160315195409_4be69322-df67-47b0-b502-2e83c9146143

Yenicag.az qazax mediasına istinadən xəbər verir ki, mərasimdə çıxış edən Qazaxıstan prezidenti Azərbaycanın Qazaxıstan üçün Qafqazda strateji portnyor olduğunu bildirib: “Azərbaycan Qazaxıstan üçün Qafqaz bölgəsində strateji ortağımızdır. Ölkələrimiz arasında enerji, tranzit, logistika, əkinçilik, turizm, təhsil və digər sektorlarda aktiv əməkdaşlıq var”.

Nazarbayev Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Azərbaycana dəvət edildiyini və bu dəvəti məmnuniyyətlə qəbul etdiyini də sözlərinə əlavə edib: “Diplomatik kanallarla səfərin dəqiq tarixi müəyyənləşdirəcəyik”.

Yenicag.az

COP29