Qazaxıstan prezidenti Nursultan Nazarbayev “Günəşli” yatağında baş vermiş yanğın zamanı insan itkisi ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı məktubu unvanlayıb.
Qazaxıstanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində çoxsaylı insanın zərər çəkməsi xəbərindən kədərləndiyini qeyd edən N. Nazarbayev qazax xalqı adından və öz adından başsağlığını çatdırıb, yaralılara şəfa diləyib(APA)