!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazarbayev iyunun 9-nu milli matəm günü elan etdi

!Reklam – Yazi

145926_res_01Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev “Terror aktı nəticəsində insan tələfatı ilə əlaqədar Qazaxıstan Respublikasında milli matəmin elan edilməsi haqqında” sərəncam imzalayıb.

Sənəddə deyilir: “Aktobe şəhərində törədilən terror aktı nəticəsində hərbi qulluqçuların və mülki şəxslərin həlak olması ilə əlaqədar 2016-cı il iyunun 9-nu Qazaxıstan Respublikasında milli matəm günü elan edirəm”.

Xatırladaq ki, iyunun 5-də Aktobedə terror aktı törədilib. Qazaxıstanda terror təhlükəsinin “sarı” səviyyəsi elan edilib.

Daha əvvəl bildirilib ki, Aktobedə obyektlərə hücum edənlərin 13-ü çevik silahlı müqavimət sayəsində məhv edilib, 4-ü yaralanıb, hücumun 6 iştirakçısı axtarışdadır.

Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin bəyanatında deyilir: “Təəssüf ki, silah mağazalarına quldur hücumu nəticəsində 3 nəfər həlak olub, 2 nəfər yaralanıb. Silahlı cinayətkarların hücumlarının qarşısının alınması, habelə onların tutulması zamanı daxili işlər orqanlarının 5 əməkdaşı yaralanıb. Hərbi hissəyə hücum zamanı Milli Qvardiyanın 3 hərbi qulluqçusu həlak olub, 6 nəfər yaralanıb. Ölkənin daxili işlər orqanlarının bütün şəxsi heyəti gücləndirilmiş rejimdə xidmətə davam edir. Aktobedə və bütövlükdə respublikada vəziyyət sabitdir və nəzarət altındadır”.(Azərtac)

www.yenicag.az

594
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv