Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Nazarbayev Kommunist partiyasını ləğv etdi

Kazakhstan-president-Nursultan-NazarbayevQazaxıstan məhkəməsi Kommunist Partiyasının fəaliyyətini ləğv edib.

Yenicag.az xəbər verir ki, məhkəmə partiyanın fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun olmadığı qənaətinə gəlib.

Sənədə əsasən, Qazaxıstanın Ədliyyə Nazirliyi partiyanın ləğvi haqqında ərizə ilə məhkəməyə müraciət edib. Nazirlik bildirib ki, yoxlamalar zamanı partiyanın 2014-cü ildəki fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanıb. Məsələn, partiyanın faktiki və hüquqi ünvanlarının fərqli olduğu müəyyən edilib, partiyanın yeddi şöbəsi maliyyə hesabatlarının təqdim edilməsində vergi qanunvericiliyinin tələblərinə riayət etməyib, dörd şöbə üzrə qeydiyyat məlumatları yoxdur.

www.yenicag.az

258