Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Qazaxıstan Xalq Assambleyasının sədri vəzifəsindən ayrıldığını və bu səlahiyyətləri hazırkı dövlət başçısı Kassım-Jomart Tokayevə verdiyini açıqlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.
“Yoluma davam etmək istəyirəm, bu mənim üçün ciddi və emosional addımdır, çünki 1995-ci ildə Qazaxıstan Xalq Assambleyası yaranandan bəri ona rəhbərlik etmişəm”, – deyə o, assambleyanın sessiyasında çıxış edərkən bildirib.
Nazarbayev həmçinin, dəstəyə görə Assambleya üzvlərinə təşəkkür edib.