Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Nazarbayev Rusiya və Ukraynanı barışığa çağırdı

Nazarbayev Rusiya və Ukrayanı danışıqlar masasına dəvət edib.

Yenicag.az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev akreditasiya keçmiş diplomatik missiya nümayəndələri ilə görüşdə bildirib.

“Ukrayanın cənub-şərqində baş verənlər iki qardaş ölkənin aralarında anlaşılmazlığa səbəb olub. Baş verənlər hər iki ölkənin dostlarında, o cümlədən bizim ölkədə də təəssüf hissi doğurur. Biz hər iki ölkəni baş vermiş problemi aradan qaldırmaq üçün danışıqlara dəvət edirik. İstənilən konflikt, hətta dünya müharibəsini belə danışıqlar masasında həll etmək mümkündür. Mən buna dəvət edirəm”, – deyə Qazaxıstan prezidenti bildirib.

Onun sözlərinə görə rəsmi Qazaxıstan bütün gücü ilə bu məsələnin həllinə kömək etməyə hazırdır.

“Biz istər istəməz bu məsələdə iştirak edirik. Mən şəxsən böyük ümidlərlə “G-20” zirvəsində ABŞ və Rusiya prezidentlərinin görüşünü gözləyirəm. Bu görüş bütün dünya üçün vacibdir. Biz umumi bir düşmən – terrorizmlə mübarizə aparırıq”, – prezident qeyd edib.

Nazarbayevin sözlərinə görə, məhz Rusiya-Ukrayna krizisi Qərblə Rusiya arasında münasibətlərin düzəlməsinə mane olur. Bu həmçinin digər böyük supergüclərin də Rusiya ilə qloqal istisadi , siyasi münasibətlərinin də korlanmasına səbəb olur. Ekstremizm və terrorizmlə mübarizə də də bu problem mane olur.

“Dünyada siyasi arenada olan əsas fiqurlara qarşı yorğunluq və həyəcan siqnalı var. Hesab edirəm ki, böyük supergüc – o gücdür ki, dünyaya sülh təqdim edə bilsin. Başqa heç bir zənginlik bu xüsusiyyəti əvəz edə bilməz. Qlobal toqquşmada qalib olmayacaq.Bunu biz bilirik. Hər kəs anlamalıdır. Dünyada bütün ölkələr həmrəy olaraq məhz buna çalışmalıdır”, – Qazaxıstan lideri qeyd edib.

Yenicag.az

www.yenicag.az

453
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM