Nazarbayev: “Sabah Xəzərlə bağlı tarixi qərar qəbul ediləcək”

Xəzəryanı dövlətlərin qarşılıqlı əlaqəsinə dair bütün məsələlər razılaşdırılıb. 12 avqustda tarixi qərar qəbul ediləcək.

Yenicag.az xəbər verir ki, bu sözləri Qazaxıstan prezidenti Nursultan Nazarbayev çıxışında deyib:

“20 ildir Xəzərin statusu ilə bağlı elə də asan olmayan danışıqlar aparılıb. Bütün məsələlər razılaşdırılıb. Sabha tarixi qərarın qəbulunu gözləyirik. Bu hamımız üçün vacib andır” – deyə o bildirib.

Qeyd edək ki, sabah Aktauda beş Xəzəryanı dövlətin (Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan) lideri Xəzərin hüquqi statusu ilə bağlı çoxillik danışıqlara yekun vurmaq üçün görüşəcək.

COP29