Nazarbayevanın postuna yeni təyinat

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sərəncam imzalayıb.

Yenicag.az “TASS”a istinadən xəbər verir ki, sərəncama əsasən Maulen Aşimbayev Qazaxıstan Senatına sədr seçilib.

Qeyd edək ki, bu postda daha əvvəl Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva çalışıb.  Mayın 2-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Dariqa Nazarbayevanın səlahiyyətlərinə xitam verilməsi haqqında fərman imzalayıb.