Nazarbayevin qardaşı vəfat etdi

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin kiçik qardaşı Bolat Nazarbayev Almatıdakı xəstəxanada dünyasını dəyişib.

 

Yenicag.az Interfax-a istinadla xəbər verir ki, Almatı Mərkəzi Klinik Xəstəxanası ölüm xəbərini təsdiqləyib.

70 yaşlı Bolat Nazarbayev Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin kiçik qardaşıdır. 1990-cı illərdən bizneslə məşğul idi. Digər sahibkarlar onu dəfələrlə quldurluqda  ittiham etsə də, B. Nazarbayevə qarşı rəsmi ittiham irəli sürülməyib.