Qazaxıstan parlamenti Senatının deputatları ölkənin birinci prezidentinin böyük qızı Dariqa Nazarbayevanı spiker seçiblər.
Yenicag.az-ın məlumatına görə, yeni spikerin seçilməsi əvvəlki Senat sədri Kasım-Jomart Tokayevin Prezident vəzifəsinin icrasına başlaması ilə əlaqədardır.
Xatırladaq ki, dünən Nursultan Nazarbayev xalqa müraciətdə Qazaxıstan Prezidenti vəzifəsindən getdiyini açıqlayıb.
Qeyd edək ki, ölkədə prezident seçkilərinin 2020-ci ildə keçirilməsi planlaşdırılır.