!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Nazilə Xoşqədəmi SUSDURDU: “Məni tutdurmağa gücün çatmaz” – QALMAQAL

!Reklam – Yazi

Şairə Nazilə Səfərli ilə Xoşqədəm Hidayətqızı arasında aylardır davam edən qalmaqal daha da alovlanıb. Qeyd edək ki, bu qalmaqal şairənin keçmiş qardaşı arvadının Xoşqədəm Hidayətqızının Xəzər TV də yayımlanan “Səni axtarıram” verilişinə müraciət etməsindən sonra başlanıb.

Yenicag.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə şairə Nazilə Səfərli Xoşqədəm Hidayətqızından üzr istəməli, dediyi sözləri təkzib etməli, aparıcıya təzminat ödəməlidir. Şairə sosial şəbəkədə X.Hidayətqızına açıq məktub yazaraq, ondan qorxmadığını və üzr istəməyəcəyini bildirib:

“Xoşqədəm, bir əsr də Allah sənə ömür versə, inşallah olsun (ancaq əzabdır deyə sənə arzulamaram) hətta bir əsrdən də çox özünü məhkəmələrdə həlak edib, illərini, əsəblərini bu yolda qurban versən, yenə sən məndən üzr gözləmə! Millətin gözündə yalanlarla özünü məhv etmə – mənim tərəfimdən sənə qarşı bu sözlərin, bu addımın müəllifliyini sübut etmək iqtidarında olmadığın üçün xam xəyallarının əsiri olma!

Efir ata evi deyil. Çalışdığı məkanın sayəsində qazandığı ictimai nüfuzunu düşünən insan başqasının nüfuzuna əl uzatmaz! Özünü reallıqdan uzaq fantaziyana qurban etmə!Mənim səni məhkəmələrə çəkmək haqqım səndən çox öncə (təxribatyönlü Pərvanə söhbətində ) başlaya bilərdi. Hə, özəlliklə tövsiyə edirəm ki, əxlaqına bələd olmadığın insanları namus xonçasında efirə çıxarıb müdafiə etmə. Bakıda hamı hamını yaxşı tanıyır. Sənət adamları ilə də özünü əbəs yerə yaman etmə. Kiminsə gücünə qanunları qurban verib rüsvay etmə bu respublikanı!

“Show news”un təkzibi və ikimizin də qarşısında üzrünü xatırlatmaqla sənin şərəf və ləyaqətinin bədəli hesab etdiyin 100 min manatlıq arzularına bu andan son qoydum.

PS. Haqq sahibiyəm! Məni tutdurmaga qüdrətin çatmaz!Qalan mənə qarşı bütün cəhdlərdə isə aciz qaldın. Ali məhkəmədə mənimlə qarşılaşmaga cəsarətin varmı?Gələndə özünlə iki kub narkoz götürərsən, dərin yuxuya ehtiyacımız ola bilər. Səndən nə dost kimi dost, nə düşman kimi…”

Nehru

www.yenicag.az

6834
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv