Nazilədən qadınları QICIQLANDIRAN SÖZLƏR: “Kişinin xəyanətinə göz yumaram”

“Kişinin xəyanətinə göz yumaram, bunu onun üzünə vurmaram”.

Yenicag.az xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli “Dəyişən cavab” verilişində deyib.

Şairə “Həyat yoldaşınız sizə xəyanət etsə, neyləyərsiniz” sualını cavablandırıb:

“Həyat yoldaşım mənə xəyanət etsə, görməzdən gələrəm, üzünə vurmaram. Buna görə özümü alçaltmaram. Günahı da özümdə görərəm. Demək, mən onu nə qədər boş buraxmışam ki, o hərəkəti edib”.

Dost xəyanətini isə heç vaxt bağışlamadığını bildirib:

“Dostun xəyanətini bağışlamıram. Bir dəfə eləsə, demək ki, ikinci dəfə də edəcək. Və mən xaraktercə “terapevt” deyiləm, “cərraham”, müalicə ilə işim yoxdur, bir şeydən gözüm su içmirsə, kəsib atıram”.

Nehru

COP29