Nazilənin qəzaya düşən oğlunun SON DURUMU – AÇIQLAMA

Tanınmış şairə Nazilə Səfərlinin oğlu Nurlan qəzaya düşüb.

Yenicag.az-a açıqlama verən şairə oğlunun sağ-salamat olduğunu bildirib:

“Qəzadan yüngül ötüşmüşük. Şükür, oğlum sağ-salamatdır. Mənim üçün önəmli olan budur. Dəmir-dümür düzələn şeydir. Oğlumu xəstəxanaya gətirmişdilər, indi evə çıxırıq”.

Qeyd edək ki, “Qafqazinfo”nun məlumatına görə hadisə şənbə günü Masazır yolunda baş verib.

Nurlan “KİA” markalı avtomobili ilə idarəetməni itirərək başqa bir maşına çırpılıb. Qəza zamanı avtomobil yararsız hala düşüb, şairənin oğlu isə özəl xəstəxanalardan birinə yerləşdirilib.

Cəvahir