!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazim İbrahimov: “Qlobal Bakı Forumu Azərbaycana qarşı qarayaxma kampaniyasını alt-üst edəcək”

!Reklam – Yazi

“Bakıda keçiriləcək VI Qlobal Forum Azərbaycana qarşı indiyə qədər dünya miqyasında üzdəniraq düşmənlərin apardığı qarayaxma kampaniyasını alt-üst edəcək, bura gələn dünya miqyaslı liderlər Azərbaycanla bağlı ən xoş təəssüratla ayrılacaqlar”.

Yenicag.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

O qeyd edib ki, foruma dünyanın tanınmış simaları, siyasətçiləri toplaşır və maraqlı mövzular ətrafında müzakirələr aparılacaq: “Buradan ayrılan dünya liderləri qarayaxma kampaniyasının əksinə olaraq Azərbaycanın demokratik, inkişaf etmiş nümunəvi ölkə olması təəssüratı ilə ayrılıb dünyada təbliğ edəcəklər. Ən əsası da odur ki, biz burada dahi Azərbaycan şairi Nizami Gəncəvini Sovet dövründəki təbliğatdan fərqli formada təqdim edəcəyik. Onun eyni zamanda siyasətçi, dövrünün böyük ictimai xadim olduğu da təbliğ ediləcək”.

Qeyd edək ki, martın 15-17-də Bakıda VI Beynəlxalq Qlobal Forum keçiriləcək. Forumda dünyanın müxtəlif ölkələrinin prezidentləri, sabiq prezidentlər, hökumət başçıları və siyasətçilər toplaşır.(İnterpress)

www.yenicag.az

2471
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv