!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazim İbrahimovdan Gürcüstana mesaj

!Reklam – Yazi

37439Komitə sədri rəsmi Tiflisə mesaj verdi: “Bu hadisə Gürcüstanda yaşayan azərbaycanlı icmasını da olduqca məyus edib” 

“Gürcüstanda yaşayan ermənilərin Tiflisdəki Apostol kilsəsinin nəzdində fəaliyyət göstərən “Ayartun” Mədəniyyət Mərkəzinin Azərbaycanın Şuşa şəhərinin işğal olunması gününü “Şuşanın Azadlığı Günü” kimi bayram etmək məqsədilə mayın 9-da təşkil etdiyi tədbir Azərbaycanla Gürcüstan arasında tarixi köklərə, ortaq iqtisadi və geosiyasi maraqlara söykənən strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirməyə yönəlmiş növbəti təxribatdır”.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bunu mətbuata açıqlamasında bildirib. Dövlət rəsmisi deyib ki, biz erməni icmasının 9 may Qələbə günü adı altında belə bir tədbir təşkil etməsinin əsl məqsədinin iki ölkə arasında gərginlik yaratmaq olduğunu aydın başa düşürük: “Eyni zamanda hesab edirik ki, Gürcüstanın paytaxtında Azərbaycanın qədim şəhəri olan Şuşanın işğalı gününün bayram kimi qeyd edilməsinə şərait yaradılması heç bir halda təqdir oluna bilməz.
 Xüsusilə də ona görə ki, Gürcüstan özü də ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölkədir”. N.İbrahimov daha sonra deyib: “Ölkələrimizin müstəqillik tarixi ərzində Azərbaycan dəfələrlə ən çətin vaxtlarında Gürcüstanın yanında olub, strateji tərəfdaşlığa xələl gətirəcək heç bir addım atmayıb. Eyni münasibəti qarşı tərəfdən də gözləməyə haqqımız çatır. Bu hadisə Gürcüstanda yaşayan azərbaycanlı icmasını da olduqca məyus edib və onlar da öz münasibətlərini bildiriblər. Biz də məsələ ilə bağlı narahatlığımızı Gürcüstanın müvafiq dövlət orqanlarının rəhbərlərinə çatdırmışıq. İnanırıq ki, Gürcüstan tərəfi bu narahatlığımızı  başa düşəcək və nəzərə alacaqdır”.
Xatırladaq ki, Gürcüstan ermənilərinin bu hərəkətinə etiraz bildirmək məqsədilə bu gün Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı ziyalılar, QHT rəhbərləri, Gürcüstan parlamentinin üzvləri, jurnalistlər Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinə (AAM) toplaşıb. Toplantının yekununda rəsmi Tiflisə ünvanlı bəyanat qəbul edilib.
Məsələ ilə əlaqədar Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Gürcüstanın müvafiq qurumlarının təmsilçiləri ilə telefon əlaqəsi yaradaraq ermənilərin Tiflisdə Şuşanın işğalını bayram kimi qeyd etmək planlarına narazılığını bildirib. Qeyd olunub ki, təxribat xarakteri daşıyan ermənilərin bu addımı Azərbaycanla Gürcüstan arasında münasibətlərə xələl gətirə bilər. Dövlət Komitəsinin rəhbərliyi Gürcüstan tərəfini konsert proqramının keçirilməsinin qarşısını almağa və ermənilərin təxribatına uymamağa və çağırıb.

www.yenicag.az

751
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv