Nazim İbrahimovun qardaşı keçmiş nazirə də “atıb” – Yeni detallar

Xəbər verdiyimiz ki, Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı Sahib İbrahimov həbs edilib. Onunla bağlı başladılan cinayət işi üzrə yeni detallar məlum olub.

Yenicag.az-ın məlumat;na görə, S.İbrahimovun zərərçəkmişlərindən biri də sabiq nazirdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş rəhbəri Füzuli Ələkbərov “İmprotex Motors” şirkətinin avtosalonları üçün S.İbrahimovdan obyektlər alıb. Həmin qeyri-yaşayış obyektləri yeni yaşayış binalarının birinci mərtəbəsində yerləşib. F.Ələkbərov burada öz şirkəti vasitəsilə ölkəyə gətirdiyi “BMW” markalı avtomobilləri satmağı planlayıb.

Lakin bir müddət sonra məlum olub ki, S.İbrahimovun verdiyi sənədlər saxtadır və həmin obyektlər “Sahil-D” şirkətinə məxsusdur.

İstintaqın gedişi zamanı S.İbrahimova qarşı yeni ittiham da irəli sürülüb. Belə ki, o, həm də Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə təqsirləndirilir.

Qeyd edək ki, “Sahil-D” şirkətinin direkotru Sahil Cahangirli eyni mənzilin bir neçə nəfərə satılmasına görə həbs edilib. Şirkətin həmtəsisçisi və S.Cahangirlinin dayısı İlham Qasımov milyonçu şair Gülağa Tənhaya 19,5 milyon manat “atmaqda” ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

İ.Qasımov, həmçinin “MTN işi”ndə general Akif Çovdarovun zərərçəkmişi kimi tanınıb./Qafqazinfo/

COP29