Nazim Süleymanov “İnter”də – EKSKLÜZİV

Azərbaycan Beynəlxalq Bankının sponsorluqdan imtina etməsindən sonra AFFA-nın himayəsi altına keçən “İnter”in baş məşqçi postunda dəyişiklik olacaq.

Yeniçağ.Az-a bu barədə özəl məlumat daxil olub. Əldə etdiyimiz məlumata görə sabiq “bankirlər”in baş məşqçisi Zaur Svanadze tutduğu postdan göndərilir. Gürcü çalışdırıcının komandadan qovulmasından sonra boş qalan məşqçi postuna isə Nazim Süleymanov gətiriləcək. Bakılılar Avropa Liqasına məhz Süleymanovun rəhbərliyi altında yollanacaq.

Qeyd edək ki, Nazim Süleymanov son olaraq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində çalışıb. Təcrübəli mütəxəssis U-19-dan əvvəl “Neftçi”nin “sükanı arxası”nda idi.

Emin
Yeniçağ.az