Nazir 150 mindən çox müəllimi təbrik etdi

Elm və təhsil naziri Emin Əmrullayevin adından 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə 150 mindən çox müəllimin telefonuna təbrik mesajı göndərilib.

Yenicag.az təbrik mesajını təqdim edir:

“Dəyərli Azərbaycan müəllimi!

Övladlarımızın işıqlı gələcəyi naminə fədakar əməyinizə görə Sizə təşəkkür edir, şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram.

Beynəlxalq Müəllimlər Gününüz mübarək!”