Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Nazir 2 rəhbər şəxsi vəzifədən çıxardı

ebulfes11Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev daha iki rayonun mədəniyyət şöbələrinin rəhbərlərini işdən çıxarıb.

Buna səbəb İmişli və Zərdab mədəniyyət və turizm şöbələrinin şəbəkəsinə daxil olan müəssisələrin fəaliyyətində aşkar edilən nöqsanlar olub. Bu məsələ nazirliyin kollegiya iclasında müzakirə olunub və qərar verilib. İclasda İmişli və Zərdab mədəniyyət və turizm şöbələrinin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə İmişli Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Süleyman Bəşirovun vəzifədən azad olunması barədə təqdimat verilməsi qərara alııb.

Həmçinin qərara alınıb ki, 65 yaşının tamam olmasına görə, müvafiq qanunvericiliyin tələbi nəzərə alınaraq, Zərdab Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Eldəniz Abdullayevlə bağlanan əmək müqaviləsinə 1 yanvar 2016-cı il tarixdə xitam verilsin. (Aznews)

www.yenicag.az

215