Reklam

Reklam

sahinmustafayev2004-2015-ci illərdə kənd təsərrüfatı istehsalçılarına 934,9 mln. manat subsidiya verilib.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin “Azərbaycan” qəzetində dərc olunan məqaləsində deyilir.

Onun sözlərinə görə, hesabat dövründə kənd təsərrüfatına verilmiş güzəştli kreditin həcmi 1,35 mlrd. manat təşkil edib.

“Aqrar sahədə həyata keçirilən mühüm tədbirlərdən biri də ölkənin 20 rayonunda 120 min hektaradək ərazidə əlavə 27 aqroparkın yaradılmasının təşviq olunmasıdır. Bu aqroparklarda müxtəlif istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması nəzərdə tutulur. Yeni yaradılmış təsərrüfatlarda müasir aqrotexniki xidmətlər tətbiq olunmaqla yüksək məhsuldarlıq əldə olunur ki, bu, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsində xüsusilə əhəmiyyətlidir. Bu istiqamətdə davam etdirilən tədbirlər regionlarda ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalının artmasına, sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli töhfə verəcək”, – deyə nazir qeyd edib.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 64
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."