Nazir aktyorlarla gizlin görüşüb? – RƏSMİ AÇIQLAMA

“Mədəniyyət naziri Anar Kərimovun kino ictimaiyyəti ilə görüşünün gizlin keçirilməsi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil”.

Bunu nazirin aktyorlarla gizlin görüşü barədə xəbərə aydınlıq gətirərkən Mədəniyyət Nazirliyinin şöbə müdiri Nuridə Allahyarova Yenicag.az-a açıqlamasında deyib.

Şöbə müdiri bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcəyini bildirib:

“Bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcək. Eyni zamanda qeyd edim ki, həmin görüş zamanı prezidentin müvafiq qərarı ilə yeni yaradılan kino agentliyi ilə bağlı gələcək perspektivlər və enyi zamanda əməkdaşlıq konturları müzakirə olunub”.

Qeyd edək ki, “Report”un məlumatına görə, mədəniyyət naziri Anar Kərimov Azərbaycanda kino sahəsində fəaliyyət göstərən şəxslərlə görüşüb. 5 saata yaxın davam edən müzakirələrdə nazir irad və təklifləri dinləyib. Məlumata görə, nazir həmin məsələlərin mediada işıqlandırılmaması ilə bağlı qonaqlardan xüsusi xahiş edib.

Cəvahir