Aparat rəhbəri Nazirlər Kabinetində yüksək vəzifəyə təyin olundu – YENİLƏNDİ

Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri Rüfət Həsənov Nazirlər Kabinetində yüksək vəzifəyə təyin olunub.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri olub./Oxu.az/

***

Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri işdən çıxarılıb.

Yenicag.az xəbər verir ki, nazir Fərid Qayıbovun müvafiq əmri ilə Rüfət Həsənov vəzifəsindən azad edilib.

Aparat rəhbərinin müvəqqəti əvəzedicisi vəzifəsinə isə nazirliyin Gənclərlə iş şöbəsinin baş məsləhətçisi Fidan Rüstəmli təyin edilib.

Qeyd edək ki, Rüfət Həsənov mərhum gənclər və idman naziri Azad Rəhimovun əmri ilə 2016-cı ildə nazirliyin iqtisadiyyat şöbəsinin müdir müavini vəzifəsindən azad olunaraq aparat rəhbəri təyin edilmişdi.