“Dünya birjalarında neft qiymətlərinin stabilləşməsi üçün OPEC və qeyri-OPEC ölkələri arasında danışıqların davam etdirilməsində maraqlıyıq”.
Bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əl-Falih Azərbaycanın energetika naziri Natiq Əliyevlə görüşündə deyib.
Onun sözlərinə görə, Azərbaycan OPEC-ə daxil olmayan ölkə kimi neft qiymətlərinin stabilləşdirilməsi istiqamətdə mühüm addımlar atıb: “Bizim məqsədimiz eynidir. Azərbaycan regionda hasilatın azaldılması ilə bağlı öhdəliyi yerinə yetirən lider ölkədir. Neft-qaz bazarında stabilliyin əldə olunması yalnız hasilatçılar üçün deyil, o cümlədən bütün bazar iştirakçıları üçün vacibdir”.(APA)
Yeniçağ.Az