Nazir: “Azərbaycan qaz hasilatını artırır, neft istehsalını azaldır”

“Azərbaycan bu il qaz hasilatını artırmağı, neft hasilatını azaltmağı planlaşdırır”. Bunu “Natural Gas World” nəşrinə müsahibəsində energetika naziri Natiq Əliyev bildirib.

Azərbaycan 2017-ci ildə ümumi qaz hasilatını 0,8% artıraraq 29,561 mlrd. kubmetrə çatdırmaq niyyətindədir. 2016-cı ildə Azərbaycanda hasil olunan qazın həcmi 0,6% azalaraq 29,331 mlrd. kubmetr təşkil edib.

Cari ilin yanvarın 1-ə anbarlarda saxlanılan qazın həcmi 1,167 mlrd. kubmetrə çatıb.

N. Əliyevin sözlərinə görə, Azərbaycan “Şahdəniz-1” layihəsi çərçivəsində hasilatı artırmağı planlaşdırır. Bununla yanaşı, gələn il “Şahdəniz-2” layihəsi çərçivəsindən ilkin hasilata başlanacaq. “2017-ci ildə “Şahdəniz-1″ layihəsindən hasil olunacaq qazın 10 mlrd. kubmetrdən çox olacağı gözlənilir. Ötən il bu rəqəm 9,9 mlrd. kubmetr olub”.

Yenicag.az