Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Nazir bahalaşmadan danışdı

v1426323315“Xarici valyutanın bahalaşması yerli istehsala təsir etməməlidir”.
“Bayram yarmarkalarında qiymətlərə nəzarət olunur”.

Yenicag.az-ın anspress-ə istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov söyləyib.
O bildirib ki, aidiyyatı orqanlar qiymətə nəzarətlə məşğul olurlar. Nazirin sözlərinə görə, fermerlərin yarmarkalara məhsul çıxara bilməsi üçün nazirlik ciddi cəhdlə çalışır: “Fermerlərə qarşı maneələr yaradılması yolverilməzdir. Biz bununla bağlı işlər görürük. Çalışırıq ki, fermerlər öz məhsullarını bir başa bazara çıxara bilsin”.
Nazir manatın ucuzlaşmasından sonra yerli istehsal məhsulların qiymətlərinin artacağı ilə bağlı suallara da münasibət bildirib. H.Əsədov qeyd edib ki, valyutanın bahalaşması yerli istehsala təsir etməməlidir:
“Manatın devalvasiyası yerli istehsala təsir etməyib və etməyəcək. Çalışacağıq ki, yerli istehsalı artıraq. Bununla da xaricdən asıllığı azaltmağı hədəfləyirik”, – deyə nazir vurğulayıb.

Loading...

www.yenicag.az

384
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100