Şamaxı Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi işdən çıxarılıb.
Yenicag.az Report-a istinadən xəbər verir ki, bu barədə səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Şamaxı RMX-nın baş həkimi Elxan Məmmədov vəzifəsindən azad edilib.
E.Məmmədov “Report”un yerli bürosuna öz ərizəsi ilə işdən ayrıldığını bildirib: “8 il idi bu vəzifəni tuturdum. Artıq səhhətimdə yaranan problemlər səbəbi ilə öz ərizəmlə işdən azad olunmuşam”.
Qeyd edək ki, xəstəxanaya yeni baş həkim təytinatı da olub. Xəstəxananın Reanimasiya şöbəsinin reanimatoloqu Səməd Bəşarətdin oğlu Fətəliyev Şamaxı RMX-nın baş həkimi vəzifəsinə təyin edilib.