Ədliyyə nazirinin müvafiq əmri ilə Elçin Nəsibov Nazirliyin Qanunvericilik baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.
Bu barədə Yenicag.az-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Elşin Nəsibov 2006-2017-ci illərdə Qanunvericilik baş idarəsinin İnzibati və hərbi normativ aktlar idarəsinin rəisi, 2017-ci ildən bu vəzifəyə təyin olunanadək isə Qanunvericilik baş idarəsinin rəis müavini vəzifəsində çalışıb.