Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Yenicag.az xəbər verir ki, bunla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İstismar və texniki təminat şöbəsinin baş mühəndisi, polis polkovnik-leytenantı Samir Əhmədov həmin şöbənin rəisi təyin edilib./Unikal.org/