!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Nazir bizim agentimiz idi” - İrandan İsraillə bağlı “etiraflar”

!Reklam – Yazi

İranın kəşfiyyat naziri Mahmud Ələvi “düşmən bir ölkənin naziri”ndən agent olaraq, istifadə etdiklərini bildirib.

Yenicag.az xəbər verir ki, bu sensasiyalı açıqlamada həmin şəxs və ölkənin adı açıqlanmayıb. Fəqət Ələvi “bölgədəki ən böyük düşmən ölkə” deyə, İsraili işarə edib.

Qeyd edək ki, bu ilin iyun ayında İsrailin kəşfiyyat qurumu Şin Bet sabiq energetika naziri Gonen Segevi “müharibə zamanı düşmənə yardım etmək”, “İsrail dövlətinə qarşı casusluq”da ittiham edərək, həbs edib. Sabiq nazir enerji siyasəti, müdafiə qərargahları, hökumət və milli təhlükəsizlik ilə bağlı məlumatları başqa ölkəyə satmaqda ittiham olunur.

Xatırladaq ki, Mahmud Ələvi bu açıqlamanı İranda onlarla agentin həbs olunmasına dair brifinq zamanı verib. O, həmçinin, İranda böyük casus şəbəkəsini çökdürdüklərini də sözlərinə əlavə edib.

www.yenicag.az

1192
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv