Nazir bölgələrdəki həkim çatışmazlığından danışdı

“Bölgələrdə həkim çatışmazlığı aradan qaldırılacaq”.

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, gənc mütəxəssisləri bölgələrdə işləməyə həvəsləndirmək üçün mexanizm olmalıdır.

“Bu istiqamətdə müəyyən araşdırmalar aparılır və yaxın vaxtlarda son sənəd təqdim oluna bilər”.