Fövqəladə Hallar Nazirliyi yanında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinə yeni rəis müavini təyin edilib.
Yenicag.az Qaynarinfo-ya istinadən xəbər verir ki, nazir general-polkovnik Kəmaləddin Heydərovun müavafiq əmri ilə Əkbər Əli oğlu Quliyev agentliyə rəis təyin olunub.
Qeyd edək ki, Əkbər Quliyev sözügedən agentlikdə baş məsləhətçi vəzifəsindən şöbə rəisi vəzifəsinə kimi çalışıb. Fizika-riyaziyyat üzrə elmlər namizədidir.