Nazir bu xanıma vəzifə verdi – FOTO

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinə müdir təyinatı olub.

Bu barədə Yenicag.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazir Adil Kərimlinin müvafiq əmrinə əsasən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Əlifəttah qızı Kərimova şöbənin müdiri vəzifəsinə təyin edilib.