Nazir bu xanıma vəzifə verdi – FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinat olub.

Yenicag.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, Aygün Bayramova BŞTİ-nin İnsan resursları sektorunun müdiri vəzifəsinə təyin edilib.

Bu təyinata qədər A.Bayramova 2007-2023-cü illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Hüquq və İnsan Resursları şöbəsinin rəhbəri vəzifəsində çalışıb.