Almaniyanın xarici işlər naziri Valter Ştaynmayer özünün Moskvaya planlaşdırılan səfərinin 2-ci dünya müharibəsi qurbanlarını yad eləmək məqsədi daşıdığını deyib. Yenicag.az xəbər verir ki, o, alman nəşrinə açıqlamasında səfərinin detalları haqda da danışıb.
“Almanlar təkcə Almaniyada nasional-sosialist irqçi ağılsızlığının peyda olmasına görə yox, həm də yekun etibarilə 2-ci dünya müharibəsinin alovlanmasına görə günah və məsuliyyət yiyəsidirlər”, – deyə o qeyd edib.
XİN başçısının sözlərinə görə, məhz buna görə o, mayın 7-də Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə alman və rusiyalı hərbçilərin uyuduğu məzarlıqlara əklil qoyacaq.