Nazir daha bir rəisi işdən çıxardı

10154Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ixtisarlar davam edir.

Bu barədə unikal.org məlumat yayıb.

Belə ki, nazir Ramin Quluzadənin əmri ilə Xəzər Rayon Telekommunikasiya Qovşağının rəisi Cavid Həsənov vəzifəsindən kənarlaşdırılıb.

Xəbəri Xəzər Rayon Telekommunikasiya Qovşağından da təsdiqləyiblər.

Hazırda Cavid Həsənovdan boşalan vəzifəni baş mühəndis Fərhad Əliyev icra edir.