Nazir dəhşətli qəzadan danışdı – Ölən və yaralananların sayını açıqladı – VİDEO / YENİLƏNDİ

Türkiyədə baş verən qəzada ölənlərin sayı 7 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Söylü məlumat verib.

Məlumata görə, yaralanan 11 nəfər isə xəstəxanaya çatdırılıb.

***

15:29

Türkiyənin şimal-qərbindəki Balıkesir vilayətində ağır qəza olub.

Yenicag.az xəbər verir ki, mikroavtobusla süd daşıyan maşının toqquşması nəticəsində 6 nəfər həlak olub, daha 15 nəfər isə xəsarət alıb.

Hadisə yerinə çoxlu sayda xilasedici və təcili yardım briqadaları cəlb edilib. Qəza baş verən bölgədə hərəkət məhdudlaşdırılıb.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Məlumata görə, mikroavtobusda olan sərnişinlər Dursunbəydən Balıkesirə toya gedirmiş.