Nazir Dünya çempionuna vəzifə verdi

Azərbaycanın ilk peşəkar boksçusu, Dünya çempionu Fariz Məmmədova yeni vəzifə verilib. OŞ Azərbaycan Boks Federasiyasının Nəzarət və Təftiş şöbəsinə rəhbər təyin edilib.

Yeni vəzifəsi ilə bağlı tanınmış idmançının özü Yeniçağ.az-a danışıb:

“Cənab nazir Azad Rəhimov tərəfindən bu vəzifəyə təyin edildim. İşim əslində, Boks Federasiyasının Nəzarət və Təftiş şöbəsinə nəzarətdir. Amma özüm komanda ilə birlikdə 20 günə yaxındır ki, təlim-məşq toplantısında iştirak edirəm.

Millimiz İslam Həmrəylik Oyunlarına hazırlaşır. Buna görə mən də bildiklərimi gənc boksçularımıza öyrətməyə çalışıram, komandanın yanındayam”.

 

Aygün İlqarqızı

Yeniçağ.az