Nazir əmr imzaladı – İdarə rəisi işdən çıxarıldı

Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev işdən azad olunub.

Yenicag.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov əmr imzalayıb.

Əmrə əsasən, S.Hacıyev tutduğu vəzifədən kənarlaşdırılıb.

2011-ci ildən bu vəzifədə çalışan S.Hacıyev daha öncə Gəncə şəhərində musiqi məktəbinin direktoru olub.

Hələlik onun yerinə təyinat yoxdur.

Loading...