Nazir Ermənistana gedir

lavrov-300x229Rusiyanın xarici işlər naziri (XİN) Sergey Lavrov bu gün Ermənistana işgüzar səfər edəcək.

XİN rəhbəri səfər zamanı həmkarı Edvard Nalbandyan ilə danışıqlar aparacaq.

Rusiyanın diplomatik nümayəndəliyindən verilən məlumata görə, görüş zamanı gündəlikdə duran və qarşılıqlı maraq kəsb edən ikitərəfli, regional və beynəlxalq məsələlər nəzərdən keçiriləcək.
Rusiyalı naziri Ermənistan prezidenti Serj Sarqsyanın da qəbul edəcəyi gözlənilir.
Tərəflər qarşıda duran görüş zamanı söhbətin nədən gedəcəyini rəsmi olaraq bəyan etməsələr də, ehtimal ki, əsas mövzulardan biri Dağlıq Qarabağdakı vəziyyət olacaq(report).