Nazir generalı təqaüdə göndərdi – YENİ TƏYİNAT 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsinin rəisi vəzifəsindən azad edilib. 

Yenicag.az xəbər verir ki, “Qaynarinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı nazir general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, general-mayor Valeh Abdullayev idarənin rəisi vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.

Nazirin digər əmri ilə FHN-in Əməliyyat-istintaq idarəsinin rəisi, polkovnik Sahib Rzayev bu vəzifəyə təyin edilib.