“Aztelekom” MMC-nin Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanov vəzifəsindən azad edilib.
Yenicag.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev müvafiq əmr imzalayıb.
Nazirin digər əmri ilə Sumqayıt Telekommunikasiya Qovşağının rəis əvəzi vəzifəsinə İqbal Süleymanov təyin olunub.
Qeyd edək ki, bir müddət əvvəl “Aztelekom” MMC-nin Daxili Audit Şöbəsi tərəfindən Sumqayıt Telekommunikasiya Qovşağı da daxil olmaqla, müxtəlif tabeli qurumlarda audit yoxlamaları aparıb. KİV-də Qovşağın rəisi Nəriman Salmanovun həbs xəbəri yayılsa da, “Aztelekom” MMC təkzib etmişdi./Oxu.az/