Nazir huşunu itirdi – Burnunu və dişlərini zədələdi

Yunanıstanın xarici işlər naziri Nikos Dendias monastırda ibadət zamanı yıxılıb və başı yerə dəyib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Dendiasın zərbədən burnu və dişləri zədələnib.

Qorxunc hadisədən sonra həkim müayinəsindən keçən nazirin vəziyyətinin yaxşı olduğu bildirilib. Helikopterlə tələsik Afinaya aparılan Dendias hadisə səbəbindən iki günlük səfərini yarımçıq qoyaraq Aynoroz yarımadasını tərk edib. Qeyd olunub ki, yunanıstanlı nazir təzyiqin artması problem səbəbindən huşunu itirib.

Dendias “Twitter”dəki paylaşımında, “Yıxılma nəticəsində iki sıyrıq var, tamamilə yaxşıyam”, – deyə bildirib.