Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ali məktəblərdə imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb.
Bu barədə AzVision.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Əmrə əsasən, ali təhsil müəssisələrində 2015-2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyası mövcud qaydalara uyğun təşkil ediləcək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə müvafiq tədbirlər görüləcək.