Nazir: “İran təkcə İsrailin deyil, bütün dünyanın düşmənidir”

“İran təkcə İsrailin deyil, bütün dünyanın düşmənidir”.

Yenicag.az xəbər verir ki, bunu İsrail Dövlətinin kəşfiyyat naziri Gila Gamlieli X Qlobal Bakı Forumu çərçivəsində “Yaxın Şərq və ətrafında sülh, stabillik və inkişaf axtarışı” mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib.

O bildirib ki, regionda sabitliyin pozulmasının səbəbi İrandır: “Regiondakı bütün ölkələr İran tərəfindən təhdid altındadır. İran təkcə İsrailin deyil, bütün dünyanın düşmənidir”.