Nazir biznesmenin qardaşının iş yerini dəyişdi – Yenilənib

Dövlət Yol Polisinin 5 saylı rayonlarası qeydiyyat-imtahan şöbəsinin (Lənkəran MERO-nun) rəisi Əlixan Zeynalov işdən azad olunub.

Yeniçag.az-a daxil olan məlumata görə, O, Şirvan şəhərində 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi təyin olunub.

Əlixan Zeynalov iş adamı kimi tanınan Ramazan Zeynalovun qardaşıdır. Ramazan Zeynalovun oğlu Bayram Zeynalov isə Sumqayıt şəhərində 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsi rəisidir.

Qeyd edək ki, Ə.Zeynalov haqqında çox ciddi ittihamlar səslənən rəislərdən idi. O, ötən il nazir Ramil Usubov tərəfindən töhmət almışdı.

Ramazan Əliyev

Yeniçağ.az