!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Nazir: “İslam Oyunlarına 100 milyon dollar xərclənəcək”

!Reklam – Yazi

azadrehŞəfəq Hacıyeva Azərbaycan Milli Antidpoinq Agentliyinə (NADA) yeni rəhbər təyin olunub.

Bunu gənclər və idman naziri Azad Rəhimov 2016-cı ilin yekunu ilə bağlı baş tutan mətbuat konfransında açıqlayıb. O, qeyd edib ki, yanvar ayının ilk günlərindən NADA öz fəaliyyətinə başlayacaq:

“Agentlikdə 3 komitə fəaliyyət göstərəcək. Bununla da Beynəlxalq Antidopinq Agentliyinin bütün tələbi yerinə yetirilmiş olacaq. Agentlik müstəqil fəaliyyət göstərəcək. 2017-ci ildə 400-ə qədər analizlər götürüləcək. Düşünürəm ki, islam oyunlarında 400 idmançı öz analizlərini təqdim edəcək. Bizim üçün də böyük təcrübə olacaq”.

Nazir yığıncaqda gələn il ölkəmizdə təşkil ediləcək İslam Həmrəyliyi Oyunlarına hazırlıq barədə məlumat verib.O bildirib ki, 4 minə qədər idmançı islam həmrəylik oyunlarında iştirak edəcək, 2000-ə texniki şəxs, nümayəndə heyəti olacaq.

“Atletlər kəndində 6 minə yaxın idmançı və qonaq qalacaq. İslam Həmrəylik oyunlarından sonra Atletlər kəndi şirkətə qaytarılacaq. Çünki qarşıdakı illərdə böyük tədbirlər olmayacaq və onun saxlanması bizim üçün ağırdır və sahibkarlara qaytarılacaq. Çox güman ki, oradakı evlər satılacaq. İslam Oyunlarına 100 milyon dollar xərclənməsi nəzərdə tutulub. Bunun da böyük hissəsi açılış və bağlanış mərasimi üçün nəzərdə tutulub”.

Yenicag.az

www.yenicag.az

453
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv