Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Nazir istefa verdi - Rəsmi

Gürcüstanın Energetika naziri Kaxa Kaladze istefa verib.

Yenicag.az xarici KİV-ə istinadən bildirir ki, o, bu yaxınlarda Tbilisi şəhərinin meri postuna öz namizədliyini irəli sürəcək.

Keçmiş nazir açıqlamasında:

“Bu gün mən, vəzifəmi tərk edirəm, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili məni Tbilisinin meri vəzifəsinə namizəd olaraq təqdim edib. Seçildiyim təqdirdə, vəzifəmi layiqincə yerinə yetirmək üçün əlimdən gələni edəcəyəm. Mən komandamıza güvənirəm.”

Qeyd edək ki, Kaxa Kaladze 25 oktyabr 2012-ci ildə Gürcüstanın energetika naziri vəzifəsinə təyin olunmuşdu.

Yenicag.az

www.yenicag.az

533
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM