Polşanın baş naziri Donald Tusk istefa verib.
Məlumatı “Reuters” yayıb.
“Bütün kağızları təhvil vermişəm”, – Donald Tusk Polşa prezidenti ilə görüşdən sonra bildirib.
Polşa prezidenti Bronislav Komorobskinin istefanı sentyabrın 11-dı qıbul edəcəyi və daha sonra baş nazir vəzifəsinə namizəd Yeva Kopaçla görüşəcəyi gözlənilir.
Qeyd edək ki, Donald Tusk Avropa İttifaqı Şurasının prezidneti seçilib.
İngiltərənin ilk qadın müsəlman naziri istefa edib.
Buna səbəb Qəzzada baş verənlərdir.
İngiltərənin İnanc və Toplumlardan məsul nairi Sayeeda Varsi hökumətin Qəzza siyasəti ilə bağlı vəzifəsindən getdiyini açıqlayıb. Nazir istefasını “Twitter”dən elan edib. Pakistan əsilli nazir Varsi “Dərin təssüf içərisində səhər baş nazirə istefamı təqdim etdim. Hökumətin Qəzza siyasətini bundan artıq dəstəkləyə bilmərəm”.
Qeyd edək ki, bu Avropadan İsrailin əməliyyatlarına qarşı ikinci reaksiyadadır. Belə ki, İspaniya İsrailə silah satmayacağını açıqlayıb.