Nazir Kaspşiklə təmas xəttindəki vəziyyəti müzakirə edib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyət, keçirilən monitorinqlərin nəticələri və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.