Nazir Kəpəzə polis rəisi təyin etdi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər Kəpəz rayon 2-ci polis bölməsinə yeni rəis təyin olunub.

Yenicag.az Teleqraf.com-a istinadla xəbər verir ki, polis polkovnik-leytenantı Tural Hacıyev bu quruma rəis gətirilib.

O, daha öncə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsində çalışıb.